PDF Oxu

Siyasət

  • 24

“Azərbaycanda hamının düşüncələrinə hörmətlə yanaşılır” AÇIQLAMA

“Azərbaycanda hamının düşüncələrinə hörmətlə yanaşılır” AÇIQLAMA

"Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev Nardaranda baş verən məlum hadisələrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Nardaranda baş verən hadisələr göstərdi ki, onlar öz məqsədlərinə çatmaq üçün nəinki təbliğat-təşviqatdan, hətta silahlı qarşıdurmadan da çəkinmirlər: "Bizim polis qardaşlarımızın orada öldürülməsi də bunun göstəricisi kimi dəyərləndirilə bilər. Bu, sadəcə qətl deyil, eyni zamanda dövlətə qarşı qalxmaqdır. Əlbəttə bunun bir bədəli olmalıdır. Hesab edirəm ki, dövlət öz güc və potensialından istifadə edərək bütövlükdə ekstremist təmayüllü şəxslərə qarşı çox sərt davranış nümayiş etdirməlidir. Burada hər hansı bir güzəşt ola bilməz. Əlbəttə ki, Azərbaycanda hər kəsin baxışlarına, düşüncələrinə hörmətlə yanaşılır".Ə.Nuriyev əlavə edib ki, bu gün Nardaran özünəməxsus adət-ənənələri ilə fərqlənir: "Hətta Nardaran ağsaqqallarının özləri belə bu kimi hadisələrin qarşısını almağa cəhd göstərməlidirlər. Burada bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən orta əsr qaydaları ilə yaşamaq istəmək arzusunda olanlar var. Bu şəxslərin hərəkətinin qarşısı alınmalıdır. Düşünürəm ki, Nardaran camaatı yetərincə bacarıqlı və qabiliyyətlidir. Hətta onların özləri də bu ekstremistlərin qarşısının alınması ilə bağlı nəhayət hərəkətə keçəcəklər".

sia.az

Digər xəbərlər