PDF Oxu

Siyasət

  • 21

Akif Nağı: "Regionda müharibə dalğası alovlana bilər” AÇIQLAMA

Akif Nağı: "Regionda müharibə dalğası alovlana bilər” AÇIQLAMA

"Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi hər iki ölkə üçün heçnə vəd etmir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyə-Rusiya münasibətləri ilə bağlı fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, bu hadisələr region üçün də təhlükə yaradır: "Ola bilsin ki, həmin proseslər bu dövlətlər arasında müharibəyə gətirib çıxarsın. Rusiya geri çəkilmək istəmir və kəskin mövqe tutub. Rusiyanın özünün regionda iqtisadi maraqları var. Rusiya vətəndaşlarının Türkiyədə elə mülkləri var ki, onların qiyməti 3 milyard dollar həcmində qiymətləndirilir. Bu gün Rusiya Türkiyə vətəndaşlarına qarşı çox kəskin mövqe tutub. Hər iki tərəfin burada ciddi itkiləri var. Əgər Rusiya öz mövqeyində qalsa və geri çəkilməsə, regionda müharibə dalğası alovlana bilər".

sia.az

Digər xəbərlər