Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun dekabrın 1-2-də Brüssel şəhərində keçiriləcək Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısında iştirak edəcək.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
AZƏRTAC