PDF Oxu

Siyasət

  • 31

Ekspert: “Ermənistanın siyasəti konstruktiv düstura uymur” AÇIQLAMA

Ekspert: “Ermənistanın siyasəti konstruktiv düstura uymur” AÇIQLAMA

"Hazırda Azərbaycan Avrasiya İttifaqının üzvü deyil. Amma ölkəmiz bu İttifaqa üzv olan (müəyyən istisnalar olmaqla) əksər ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərindədir. Belarus kimi Azərbaycanla yaxın tərəfdaşlıq münasibətləri, ticarət dövriyyəsi, iqtisadi, siyasi sahədə əlaqələri güclü olan dövlətdən belə bir bəyanatın səsləndirilməsi həm məntiqlidir, həm də alqışlanılır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Belarus prezidenti Aeksandr Lukaşenkonun ölkəsinin Avrasiya İttifaqının bütün mülki vasitələrindən istifadə etməklə Azərbaycanın maraqlarını müdafiə edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan Avrasiya İttifaqında təmsil olunmasa da, bu qurumun üzvləri ölkəmizin dəstəyi üçün belə məlum bəyanatlar verirlər: "Bu, çox ciddi bir bəyanatdır. Ölkəmizə belə münasibət göstərilməsi sevindiricidir. Biz Azərbaycanın xarici siyasət uğuru haqqında regional miqyasda danışmalıyıq. Amma təəssüf ki, Ermənistan dövləti bunu anlamır. Ümumiyyətlə işğalçı ölkə heç bir konstruktiv düstura uyğun gəlməyən siyasət yürüdür. Məhz ona görə də rəsmi İrəvanın qonşuları ilə əlaqələri ürəkaçan deyil. Azərbaycan isə tamam fərqlidir".

sia.az

Digər xəbərlər