PDF Oxu

Siyasət

  • 32

Azərbaycan ATƏT PA-nın büro iclaslarında təmsil olunacaq

Azərbaycan ATƏT PA-nın büro iclaslarında təmsil olunacaq

Dekabrın 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Avropada miqrant və qaçqın böhranı, bununla bağlı ATƏT və ATƏT Parlament Assambleyası tərəfindən görülməsi mümkün olan tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

İclasda həmçinin ATƏT PA-nın Baş katibi də məruzə edəcək, təşkilatın büdcəsi, növbəti illik sessiyaların gündəliyi və iclasların keçirilməsi tarixləri müzakirə olunacaq.

Tədbirdə deputat Azay Quliyevin gündəlikdəki məsələlər barədə çıxışı da nəzərdə tutulub.

yap.org.az

Digər xəbərlər