PDF Oxu

Siyasət

  • 18

Nərgiz Xələf: Polisinə qumbara və güllə atanları hansı dövlət bağışlayar?

Nərgiz Xələf: Polisinə qumbara və güllə atanları hansı dövlət bağışlayar?

Biz, Azərbaycan gəncləri Nardaran qəsəbəsində baş verən hadisələrdən çox narahatıq. Tolerantlığın həyat tərzinə çevrildiyi, bütün xalqların və millətlərin nümayəndələrinə bərabər hüquqların təmin edildiyi ölkədə belə hadisələr baş verməməlidir. Din pərdəsi altında hərəkət edən, çirkin niyyətlərini həyata keçirmək üçün silahlı dəstə yaradan insanlar heç bir dinə mənsub ola bilməzlər. Bu fikirləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf Nardaran hadisələri ilə bağlı gənclərin mövqeyini ifadə edərkən səsləndirib. İslamın özündə sülh və digər bəşəri dəyərləri əks etdirən din olduğunu vurğulayan N.Xələf deyib: "Azərbaycanda tarixən bütün dinlərin, xalqların nümayəndələri dinc, bərabər şəkildə yaşayıb, güclü tolerantlıq, multikulturalizm dəyərləri, ənənələri formalaşıb. Ona görə də ölkəmizdə ictimai-siyasi sabitliyə, tolerantlıq mühitinə qarşı çıxan qüvvələri xalqın bütün təbəqələri, o cümlədən biz gənclər qəti şəkildə pisləyirik. Dövlətçiliyə və sabitliyin pozulmasına yönəlmiş təxribatlar törədən şəxslərin ciddi surətdə cəzalandırılmasını tələb edirik. Axı polisinə qumbara və güllə atanları hansı dövlət bağışlayar?". N.Xələf qeyd edib ki, bu gün Azərbaycan güclü dövlətdir. Ona görə də heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq cəhdləri baş tutmayacaq. Son hadisələr bir daha sübut etdi ki, buna cəhd edənlərin qarşısı qətiyyətlə alınacaq.

Digər xəbərlər