PDF Oxu

Siyasət

  • 25

Asif Kurban: “Rusiya Dağlıq Qarabağ vasitəsilə Türkiyəyə zərbə endirə bilməz” MÖVQE

Asif Kurban: “Rusiya Dağlıq Qarabağ vasitəsilə Türkiyəyə zərbə endirə bilməz” MÖVQE

"Rusiyanın bəzi seperatçı qüvvələrinin Dağlıq Qarabağda qoşun yerləşdirməklə Türkiyəyə zərbə vurmaq təklifi sadəcə qarşı tərəflərin verəcəyi reaksiyanı ölçmək üçün deyilmiş sözlərdir". Bu fikirləri SİA-ya Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Kurban Rusiya-Türkiyə münasibətləri fonunda Qarabağ məsələsinin də gündəmə çıxarılmasına münasibətini bildirərkən deyib.Ekspert qeyd edib ki, Dağlıq Qarabağda rus qoşunlarının olma ehtimalı var: "Çünki Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığın olduğu hər kəsə məlumdur: "Hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həlli açarından biri də Rusiyanın əlindədir. Son günlər Rusiya – Türkiyə münasibətlərinin kəskin şəkildə dəyişməsi fonunda Rusiyadakı siyasilərin bu cür fikirlər səsləndirməsi də belə qənaətə gəlməyə əsas verir ki, əslində bu işğal altında olan Dağlıq Qarabağdakı söz sahiblərinin özləri olduğunun etirafıdır. Rusiya onu iddia etməyə çalışır ki, istədiyi vaxt Dağlıq Qarabağa qoşun yeridə bilər. Amma digər bir fikrə gəlincə, əgər Rusiya Dağlıq Qarabağ vasitəsilə Türkiyəyə zərbə endirmək niyyətindədirsə, bu faktiki olaraq mümkün görünmür. Ona görə ki, fiziki və coğrafi baxımdan Dağlıq Qarabağın Türkiyə ilə sərhəddi yoxdur. Bunlar necə Türkiyəyə zərbə vuracaqlar ki?"Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Kurban onu da qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə və Rusiya arasındakı problemin həlli üçün iki dövlət arasında vasitəçilik etməyi bəyan etməsi təqdirəlayiqdir: "Bu bir daha Azərbaycanın bölgədə sülhü dəstəklədiyinin göstəricisidir. Fikrimcə, Türkiyə tərəfi bu addımı dəstəkləsə də Rusiya tərəfi buna getməyəcək. Çünki bu addım Azərbaycanın bölgədə strateji olarak gücünün daha da artmasına köməklik edən amildir. Rusiyanın Ermənistanı açıq şəkildə dəstəklədiyi dövrdə bu, mümkün görünmür. Bütün dövlətlər bilir ki, Azərbaycan hər zamankı kimi yerində və zamanında addım atır. O cümlədən, işğalçı Ermənistan istisna olmaqla Azərbaycanın bütün qonşuları ilə münasibətləri ikitərəfli, çoxtərəfli inkişaf edir".Ekspert qeyd edib ki, Rusiya-Türkiyə münasibətləri bu müstəvidə uzun davam edə bilməz, etməməlidir də: "Hər iki ölkə qonşudur və onlar arasında münasibətlər müəyyən əməkdaşlıq faktorlarına söykənir. Rusiyanın Türkiyəyə ehtiyacı var. Rusiya ilə Türkiyə arasındfakı ticarət dövrüyyəsi illik 25 milyard dollar civarındadır. Eyni zamanda Rusiya iqtisadiyyatının enerji ixracatına da ehtiyacı var. Bu baxımdan, Rusiya Avropaya açılan qonşularına problem yaradıb, yaratdığı problemləri həll edə bilməz. Məsələ isə bu qədir bəsitdir - Bir şəkildə masa arxasında oturulacaq və problem həllini tapacaq"."Problemin yaşanmasına Türkiyə səbəb olmuş görünsə də, problemi yaradacaq mövqeni ortaya qoyan da Rusiyadır"-deyə qeyd edən Asif Kurban həmçinin bildirib ki, daha əvvəl də hava sərhədi pozuntusunda Türkiyə öz sözünü çatdırmışdı və bu halın bir daha yaşanmaması üçün rəsmi xəbərdarlıq etmişdi: "İki qonşu ölkə bu vəziyyəti uzun sürdürə bilməz. Günlərdir Rusiya televizya kanallarında Türkiyəni, türk xalqını düşmən kimi qələmə verən insanlar fikirlər səsləndirərək gərəksiz polemikalar yaradırlar. Nəzər salsaq görərik ki, bu düşmənçilik mövqeyi Rusiyadan fərqli olaraq, Türkiyənin televiziya kanallarında sərgilənmir. Ümüd edirəm ki, Türkiyə-Rusiya münasibətləri yaxşıya doğru irəliləyəcək".

sia.az

Digər xəbərlər