"Hesab etmirəm ki, Rusiya ilə Türkiyə arasındakı gərgin vəziyyət sonda müharibəyə gəlib çıxsın". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.Hərbi ekspertin sözlərinə görə, hər iki dövlətin bir-birindən asılı olduğu məqamlar çoxdur: "Biz çox sevinirdik ki, son illər Rusiya ilə Türkiyə arasında yaxınlaşma var. Çünki bu yaxınlaşmanın hər iki ölkənin iqtisadiyyatına çox müsbət təsiri olacaqdı. Bütün dünya Rusiyaya embarqo qoyduğu halda, Türkiyə Rusiyay bunu etmədi. Türkiyə Azərbaycanın ilk müstəqilliyini tanıyan, ölkəmizə həmişə dəstək verən bir dövlət olub. Biz "bir millət, iki dövlətik". Rusiya ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri mövcuddur və qonşu dövlətdir. Biz istəmərdik ki, Rusiya-Türkiyə arasında gərgin vəziyyət baş versin. Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi təklif irəli sürüb ki, ölkəmiz vasitəçiliyə hər an hazırdır. Dünyanın böyük gücləri öz maraqları naminə çalışırlar ki, hər iki ölkə arasında problemlər yaratsınlar. Ukrayna, Gürcüstan məsələlərində də buna çox çalışdılar, amma alınmadı. Hesab etmirəm ki, müharibə olacaq".
sia.az