PDF Oxu

Siyasət

  • 16

Elçin Mirzəbəyli: “Müsavatı Avropada yalnız vəsiqə alverinə görə tanıyırlar” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Müsavatı Avropada yalnız vəsiqə alverinə görə tanıyırlar” AÇIQLAMA

"Ümumiyyətlə Arif Hacılının Müsavat partiyasının Avropada tam qəbul olunan və yeganə partiya olması ilə bağlı söylədikləri absurd fikirlərdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Arif Hacılının bu hərəkətləri ənənəvi qaydada özünü digərlərindən seçmək və fərqləndirmək istəyidir: "Ona qalsa Azərbaycanda beynəlxalq qurumlara, xüsusilə də Avropa Partiyalarının Beynəlxalq Alyanslarına üzv olan iki partiya var. Bunlardan biri Yeni Azərbaycan Partiyasıdır, digəri isə BAXCP-dir. Biz beynəlxalq əməkdaşlığa yeni başlamışıq. Bundan başqa Azərbaycandan Milli İstiqlal partiyası hansısa qrupda müşahidəçi kimi təmsil olunur. Müsavat partiyası da illərdir müşahidəçi olmasına baxmayaraq, onu hətta Avropanın heç kim tanımadığı alyansına belə üzvlüyə qəbul etmirlər. Bu şəxs o qədər yalan danışır ki, elə bil biz hansısa ucqar bir yerdə yaşayırıq. Arif Hacılı gözünün içinə kimi yalan danışır. Müsavat partiyasını Avropada yalnız vəsiqə alverinə görə tanıyırlar".

sia.az

Digər xəbərlər