"Milli Şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdır. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "Milli Şura" bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edib və yararlanmağa çalışıb". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Onun sözlərinə görə, təəssüf ki, "Milli Şura"nın Nardaran hadisələri ilə bağlı açıqlaması iki başlı idi: "Hətta bu açıqlamalar Nardaranda Azərbaycan polisinə silah tuşlamış adamlara haqq qazandıracaq kimi görünürdü. Yəni orada konkret mövqe ortaya qoyulmaqdansa, Azərbaycan polisinin davranışlarını, əməliyyatını dəstəkləməkdənsə "Milli Şura" konkret olaraq Nardarandakı pozucu, bölücü terrora köklənmiş adamların mövqeyini dəstəkləyən bəyanat vermişdi. Əlbəttə ki, Azərbaycan dövləti, dövlətçiliyi tarixində belə əməllər yolverilməzdir və bağışlanmazdır".A.Həsrət əlavə edib ki, Azərbaycanda siyasi müxalifətçilik heç kimə qadağa deyil: "Hər kəs istədiyi şəkildə müxalifətçilik edə bilər. Amma ortada dövlətin, millətin mənafeyi məsələsi varsa, əlbəttə ki, burada artıq müxalifətçilikdən söhbət gedə bilməz. O baxımdan çox təəssüflə qeyd etmək istəyirəm ki, "Milli Şura" Nardaran hadisələrində bir daha özünün mahiyyətini ortaya qoymuş oldu. Yəni onlar bir daha göstərdilər ki, nə olur-olsun, kim olur-olsun bu yalnız Azərbaycana, dövlətə qarşı yönəlsin. Əlbəttə ki, belə bir siyasi qüvvənin Azərbaycana, ölkə xalqına fayda verə biləcəyini ağlımızın ucundan da keçirmirik".
sia.az