"Regionda və ölkəmizdə baş verən hadisələr göstərir ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin qəbul olunmasına və digər bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.Komitə sədri qeyd edib ki, sözügedən qanunlar, həm də xaricdən ixrac olunan hərəkətlərin qarşısını almaq üçün zəruridir: "Bəzi ölkələr Azərbaycanda öz ideyalarını din pərdəsi altında həyata keçirmək istəyirlər. Onlar insanların inanclarından istifadə edirlər və burada başqa ölkələrin modelini yaratmaq istəyirlər. Sözügedən qanunlar belə hallar ilə mübarizə aparmaq üçün önəmlidir".Millət vəkili vurğulayıb ki, hər kəs qanunlar qarşısında eynidir. O bildirib ki, dini ekstremizmlə məşğul olanlar ciddi cəzalandırılmalıdır.
sia.az