PDF Oxu

Siyasət

  • 22

YAP Xaçmaz rayon təşkilatının şura iclası keçirilib

YAP Xaçmaz rayon təşkilatının şura iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının şura iclası keçirilib. YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev şura iclasını giriş sözü ilə açaraq gündəlikdə 1 noyabr 2015-ci il Milli Məclisə seçkilərin keçirilməsi və Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məsələlər barədə məlumat verib. N.Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olub: "Cəmiyyətdə ictimai-siyasi fəallığı ilə seçilən yarandığı gündən xalqın partiyası olduğunu reallığa əsaslanan proqram fəaliyyəti ilə təsdiqləyən YAP, bütün seçkilərdə olduğu kimi, 1 noyabrda keçirilən seçkilərə də yüksək səviyyədə hazırlaşdığı üçün həmişə qalib olub. Çünki ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Azərbaycanın beynəlxalq səviyyəli layihələri xalqının sosial rifahının yüksəlməsinə, Azərbaycan dövlətinin güclü gələcəyinə hesablanaraq atılmış addımlardır. Məhz bu əminlik və inamın nəticəsidir ki, bu seçkilərdə də Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası seçkilərin qalibi oldu. Yerlərin 69-na sahib olan YAP bununla bir daha xalqın inam yeri olduğunu nümayiş etdirdi. Bu qələbə, bütövlükdə, Azərbaycan xalqının qələbəsi idi".

N.Ağayev qeyd edib ki, 89645 nəfər seçicisi olan Xaçmaz rayonu üzrə 2 seçki dairələrinin 86 məntəqəsində seçkilər azad və demokratik keçirildi: "Bir də 1 noyabrda seçiciləri ərəfəsi müşahidə olunan fakt ondan ibarət idi ki, seçicilər YAP-ın namizədlərinə hörmət, çox isti münasibət bəsləyirdilər. Bütün görüşlərdə də bunun şahidi olduq. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin gördüyü bütün uğurlu işləri insanlar yüksək qiymətləndirirdilər. Dövlətimiz inkişaf edir, xalqımızın rifahı, Azərbaycanın beynəlxalq imici gündən-günə yüksəlir. İnsanlar da gördükləri müsbət dəyişikliklərin cavabı olaraq seçkilərə mütəşəkkil şəkildə gəldilər. 1 noyabrda YAP-ı təmsil edən namizədlərə səs verdilər. Bütövlükdə, vətəndaşlıq borclarını layiqincə yerinə yetirdilər. Saxtakarlıq, qanuna uyğun olmayan heç bir hərəkət baş vermədi. Seçkilərdə fəal iştirakı xalqımızın siyasi mədəniyyətinin yüksək olduğunun bariz nümunəsidir. Xalqımız bir daha sübut etdi ki, səs verib ən layiqli namizədləri seçməyi bacarır. Bir sözlə, seçki demokratik, yüksək seçici fəallığı ilə mütəşəkkil tərzdə keçirildi və gözlədiyimiz kimi, yenə də hakim YAP-ın uğurlu qələbəsi ilə nəticələndi. Bu, tək bizim deyil, xalqımızın qələbəsidir, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin qələbəsidir".

N.Ağayev, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi ilə bağlı müxtəlif səpkili tədbirlərin keçiriləməsinə də toxunaraq bildirib ki, Azərbaycan tarixində və xalqın taleyində mənəvi, siyasi və ictimai həyatında müstəsna rol oynayan Ümummilli Liderimiz, əvəzolunmaz şəxsiyyət olaraq tariximizə qurucu və xilaskar kimi daxil olmuşdur: "Müasir tariximizdə əldə etdiyimiz bütün nailiyyətlər, qazandığımız bütün uğurlar görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bütün mənalı həyatını öz xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin zəngin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır".

Şura iclasında YAP Xaçmaz rayon təşklatının sədr müavinləri Yetkin Mehmanov, Abasyar Heydərov, şura üzvü Mədinə Nurməmmədova və başqaları müzakirə olunan məsələlrə münasibətlərini bildirdilər. Çıxış edənlər vurğuladılar ki, xalq 1 noyabr günü öz iradəsini açıq şəkildə bəyan etməklə Prezident İlham Əliyevə sadiqliyini bir daha nümayiş etdirdi. Eyni zamanda, çıxış edənlər, həmçinin Azərbaycanın xilaskarı, YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışaraq, bugünkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açdılar. Bildirdilər ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursu bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun yaradıcılıqla davam etdirilir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər