"Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir". BunuSİA-ya millət vəkili Rasim Musabəyov deyib.Onun sözlərinə görə, İranın müəyyən dairələrindən səslənən bəyanatlarda da açıq-aydın görünür ki, onlar radikal ekstremistlərlə əlaqəli şəkildə fəaliyyətdə olublar: "Məqsədləri isə İran dövlətinə meylli siyasi, ictimai dayaqları yaratmaqdır. Əslində onlar Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq "İslam dövləti" şüari ilə müəyyən hərəkətlər etmək istəyirlər. Ən əsası isə onlar bununla qanunazidd əməllər törədirlər və bu xətti keçirlər. Bu şəxslər konkret olaraq silahlanıb Azərbaycan polisinə atəş açıblar. Terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Buna görə də onlar ən ciddi cəzaya layiq görülməlidirlər".
sia.az