PDF Oxu

Siyasət

  • 28

Hikmət Hacıyev: “Lavrovun fikirləri həmsədrlər tərəfindən dəstəklənir” AÇIQLAMA

Hikmət Hacıyev: “Lavrovun fikirləri həmsədrlər tərəfindən dəstəklənir” AÇIQLAMA

"İlk növbədə Ermənistan tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən öz qoşunlarının çıxarılması təmin olunmalıdır". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçüsünün sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən də gözləntilər ondan ibarətdir ki, onlar "tarazlaşdırıcı" və yaxud işğalçı, işğala məruz qalan dövlət arasında fərq qoymayan münasibətlərindən geri çəkilməlidirlər: "Ermənistanın məmnun edilməsi istiqamətində olan siyasət yalnız onun aqressiv siyasətinin daha da güclənməsinə və həvəsləndirilməsinə xidmət edir. Belə bir şəraitdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov tərəfindən də qeyd edildiyi kimi Rusiya XİN rəhbəri Sergey Lavrovun irəli sürdüyü bir sıra fikirlər var ki, bu da ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənir. Beləcə onların üzərində konkret olaraq işlər başlanılmalıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində hər hansı bir irəliləyişə nail olunsun".

sia.az

Digər xəbərlər