PDF Oxu

Siyasət

  • 39

Azərbaycan Türkiyə siyasətində birinci yer tutur Açıqlama

Azərbaycan Türkiyə siyasətində birinci yer tutur Açıqlama

"Azərbaycan Respublikası Türkiyənin xarici siyasətində xüsusi yer tutur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.O bildirib ki, Azərbaycan və Türkiyə qardaş və strateji müttəfiq dövlətlərdir: "Türkiyənin yeni hökumətinin başçısının xarici ölkələrdən ilk səfərini Azərbaycana etməsinin dərin mənası var. Bu onu göstərir ki, Azərbaycan Respublikası Türkiyənin xarici siyasətində xüsusi yer tutur".Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında münasibətlərdə müzakirə ediləcək çoxlu məsələlər var: "Səfər zamanı keçiriləcək danışıqlarda siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edilməsi qarşılıqlı münasibətlərə impuls verəcək".

yap.org.az

Digər xəbərlər