Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirin əsas məqsədi Qafqaz ərazisində mövcud olmuş mədəni-dini abidələrin vəziyyəti, həmin abidələrə qarşı bu günə qədər törədilmiş vəhşiliklərin müzakirəsi olub.Konfransı giriş sözü ilə açıq elan edən AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva ilk növbədə ermənilər tərəfindən işğal altında qalmış ərazilərdəki abidələrimizə qarşı törədilən vəhşiliklərdən bəhs edib, ermənilərin bu əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini vurğulayıb.Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı Qafqaz ərazisinin tarixən çoxmillətlilərin birgə yaşayış məkanı olduğunu, xüsusən Azərbaycanın öz multikultural dəyərlərinə görə dünyada tolerantlıq nümunəsinə çevrildiyini bəyan edib. O, öz çıxışında Azərbaycanda müxtəlif dinlərə və etnik azlıqlara məxsus abidələrin xüsusi dövlət mühafizəsi altında olduğunu, onların dünya mədəni irsinin tərkib hissəsi kimi qorunduğunu, lakin Ermənistan dövləti tərəfindən işğal altında qalmış abidələrə eyni münasibətin göstərilmədiyini bildirib.Daha sonra "Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi" adlı qısametrajlı film nümayiş etdirilib. "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri, tədqiqatçı-ekspert Faiq İsmayılov öz çıxışında işğal altında qalmış Azərbaycan ərazilərində istər xristian dövrü, istərsə də islam dini abidələrinin ermənilər tərəfindən eyni qəddarlıqla məhv edildiyini qeyd edib."Azərbaycan Alban-Udin" xristian icmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili Udinlər və Azərbaycanın multikultural mühitində Alban kilsəsinin müasir vəziyyəti barədə nitq söyləyib. BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor 1918-ci il Mart soyqırımında Bakıda və Azərbaycanın başqa qəzalarında məhv edilən tarixi abidələr haqqında maraqlı sənədlər və faktlar haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov çıxış edərək Qafqazda mәdәni-dini müxtәlifliyin formalaşma tarixinə diqqət yönəldib.AMEA İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov İŞİD-in İraq və Suriya ərazilərində mədəni-dini abidələrə qarşı törədilən terror aktlarından bəhs etmiş, ermənilər tərəfindən Qafqazda törədilən terror aktları ilə müqayisələr aparıb. Tədbirdə Cənubi Afrika Respublikasında Şimal-Qərb Universitetinin professoru Anne Verhoef iştirak etmiş və "İnsan hüquqlarının davamlı pozulması: Cənubi Afrikada aparteid siyasəti və Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda ərazi işğalı məsələləri arasında oxşarlıq" mövzusu ilə çıxış edib.Müzakirələr zamanı Qafqaz ərazisində mövcud olan mədəni-dini abidələrin qorunmasının və dünya mədəni irsi kimi gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, Ermənistan tərəfindən işğal altında qalmış mədəni-dini abidələrin taleyi ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələlərlə bağlı təklif və mülahizələrini bildiriblər.Yekun nitqi ilə çıxış edən A.Mustafayeva və M.Qurbanlı hansı ərazidə yerləşməsindən asılı olmayaraq mədəni-abidələrə qarşı törədilən vəhşiliklərin bəşəriyyətə qarşı edilən terror kimi qiymətləndirilməli olduğunu və dünya ictimaiyyətinin buna qarşı birgə mübarizəsinin vacibliyini vurğulayıblar.Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, nazirlik və komitələrin nümayəndələri, alimlər, araşdırmaçılar, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.
sia.az