PDF Oxu

Siyasət

  • 29

Azərbaycan-Malta münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Malta münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belqradda maltalı həmkarı Corc Vella ilə görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Həmçinin ADA Universiteti ilə Maltanın Diplomatik Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC

Digər xəbərlər