PDF Oxu

Siyasət

  • 37

Siyavuş Novruzov: "Xaricdə dini təhsil alan şəxslər dini ayinləri icra edə bilməyəcək"

Siyavuş Novruzov: "Xaricdə dini təhsil alan şəxslər dini ayinləri icra edə bilməyəcək"

"Bu gün xaricdə dini təhsil alan üç minədək Azərbaycan vətəndaşı var və onlar Azərbaycana qayıtdıqdan sonra təhsil aldıqları ölkənin dini modellərini burada tətbiq etməyi təbliğ edirlər".SİA-nın məlumatına görə, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O qeyd edib ki, mövcud qanunvericiliyə əsasən xaricdə təhsil alan şəxslərin dini ayinləri icra etməsi qadağan edilir: "Ancaq onlar gəlib Azərbaycanda iki il dini təhsil aldıqdan sonra ölkədə dini ayinləri icra etmək hüququ əldə edə bilirdi. Amma qanuna edilən dəyişiklikdən sonra ümumiyyətlə xaricdə dini təhsil alan şəxslərin dini ayinləri icra etməsi qadağan edilir. Çünki bu şəxslər dini ayinləri, mərasimləri apararkən təhsil aldığı ölkənin adət-ənənəsi, qaydalarını, oranın dini modelini burada təbliğ etməyə çalışırlar. Odur ki, qanuna edilən dəyişiklikdə bu detallar da nəzərə alınıb".

sia.az

Digər xəbərlər