PDF Oxu

Siyasət

  • 30

Elçin Mirzəbəyli: “Cəmiyyət onlara qırmızı kartı göstərib” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Cəmiyyət onlara qırmızı kartı göstərib” AÇIQLAMA

"Radikal müxalifətlə bağlı Rəsul Quliyevin səsləndirdiyi fikirlər şübhəsiz ki, vaxtilə onun eyni düşərgədə fəaliyyət göstərməsi və yeni düşüncəyə malik olması ilə bağlıdır. R.Quliyev özünün keçmiş həmkarlarının, müttəfiqlərinin fəaliyyətindən müəyyən bir nəticə çıxarıb onlara yol göstərirsə, təbii ki, bu artıq onun şüurunda müəyyən dəyişikliklərin baş verməsindən xəbər verir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, həmin şəxslər Azərbaycan siyasətini yüz illərlə geriyə atan eyni insanlardır: "Xüsusilə də onlar Azərbaycanda çoxpartiyalı sistemin inkişafına mane olan və ölkədə normal sivil siyasi münasibətlərin inkişafına maneə yaradanlardır. Rəsul Quliyev də bu problemin içərisində olub. Təbii ki, o da radikal düşüncənin, radikal xəttin tərəfdarı olub. Azərbaycan siyasətində artıq uzun illərdir ki, öz mövcudluqları ilə prosesləri geriyə aparan radikal təfəkkürlü insanların siyasi səhnəni tərk etməsi barədə fikirlər R.Quliyevdən dəfələrlə çox səsləndirilib. Hətta vaxtilə onun haqqında da bu fikirlər deyilib".E.Mirzəbəyli hesab edir ki, bu proses onların özləri tərəfindən həyata keçmədiyi üçün artıq faktiki olaraq cəmiyyət bu təşkilatlara və onların liderlərinə qırmızı kartı göstərib: "Bu şəxslər onsuzda siyasi proseslərdən kənardadırlar. Azərbaycanda ictimai rəyə hər hansı bir formada təsir etmək imkanlarını itiriblər. Əgər bu gün onlar siyasi səhnədə öz mövcudluqlarını saxlamaq üçün ayrı-ayrı xarici dairələrin dəstəyini almağa çalışırlarsa, bu, birinci növbədə onların dövlətçilik, siyasi fəaliyyətlə bağlı anlayışlarının nə qədər məhdud olmasını sübuta yetirir. Həmçinin bu, onların ətrafında olan 3-5 nəfərin özünə ziyandır. Yəni bu insanlar artıq Arif Hacılıya, İsa Qəmbərə, Əli Kərimliyə və digələrinə də söyləməlidirlər ki, siyasi səhnəni tərk etsinlər".

sia.az

Digər xəbərlər