PDF Oxu

Siyasət

  • 29

Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ümumilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SIA-nın verdiyi xəbərə görə tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, millət vəkilləri Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı və digər qonaqlar iştirak ediblər. Anım tədbirində çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanı bu gün var edən, yaşadan Ulu Öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən söhbət açıb: "Ümumilli liderimizin Azərbaycana rəhbərlik etdiyi sovet dövründən Azərbaycanın gələcək inkişaf yolunun əsası qoyulub. Hələ o zamandan başlayaraq iqtisadi, sosial, mədəni və digər sahələrdə oyanış baş verib. Ikinci dəfə hakimiyyətə gəlişi ilə Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı gənc müstəqil dövlət kimi uçurumun kandarından xilas edərək qorudu, yaşatdı, gücləndirdi və bu günki müasir, güclü, inkişaf edən ölkəyə çevirdi. Azərbaycan Ümumilli lider Heydər Əliyevin şah əsərlərindən biridir. Ulu Öndər bizə tək Azərbaycanı deyil, cənab Ilham Əliyev kimi intellektual, uzaqgörən bir lideri bəxş edib. Müasir Azərbaycan cənab Prezident Ilham Əliyevin rəhbərliyi altında bu gün daha da inkişaf edir, güclənir və beynəlxalq aləmdə öz nüfuzunu yüksəldir. Cənab Prezidentimiz Ulu Öndər yolunu layiqincə davam etdirir. Azərbaycan xalqı artıq 12-ci ildir Ümumilli Lider Heydər Əliyevin cismani yoxluğunu hiss edir. Amma dahi şəxsiyyət hər bir azərbaycanlının qəlbində daima yaşayacaqdır". Anım tədbiri Niyazi adına simfonik musiqi orkestrasının ifası ilə sona çatıb.

sia.az

Digər xəbərlər