Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səbail rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi və digər şəxlər iştirak edib.Tədbirdə çıxış edənlər bildiriblər ki, dini radikalizmlə mübarizə daha da gücləndirilməli və bu işdə lazımi maarifləndirilmə tədbirləri həyata keçirilməlidir.
sia.az