PDF Oxu

Siyasət

  • 29

YAP GB neftçilərin əziz xatirəsini yad edib

YAP GB neftçilərin əziz xatirəsini yad edib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Günəşli" yatağında həlak olmuş neftçilərin əziz xatirəsini yad edib. YAP GB-dən SİA-ya verilən məlumata əsasən, YAP gəncləri Sahil Bağından Dənizkənarı Milli Parka qədər sakit yürüş keçiriblər. Məqsəd, "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzada həlak olmuş neftçilərin əziz xatirəsini yad etmək olub.YAP Gənclər Birliyinin nümayəndələri həlak olanların ruhunu anmaq üçün vətəndaşlar tərəfindən müəyyən olunmuş yerə qədər yürüş etdikdən sonra, gül dəstələri qoyaraq, ölənlərin ruhuna dualar oxuyublar.

yap.org.az

Digər xəbərlər