PDF Oxu

Siyasət

  • 15

Hikmət Babaoğlu: “Xalqımız Heydər Əliyevin qurduğu dövlətin əbədi olacağına inanır” AÇIQLAMA

Hikmət Babaoğlu: “Xalqımız Heydər Əliyevin qurduğu dövlətin əbədi olacağına inanır” AÇIQLAMA

"Ümummilli Lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi eranın yaradıcısıdır . Bu sözləriSİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən , müasir inkişafımızın hüquqi- siyasi və iqdisadi əsaslarını yaradan yeni Azərbaycançılıq ideologiyasının banisidir: "Bütün bunlar Ulu Öndərin xidmətlərinin yalnız bir hissəsidir. Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun titanik fəaliyyətini Azərbaycanın milli, etnik, siyasi coğrafiyası ilə məhdudlaşdırmaq olmaz. Ümummilli Lider bütün Sovet xalqlarının həyatında müəyyən rol oynamış böyük bir şəxsiyyətdir. Heydər Əliyev artıq tarixə qovuşmuş Sovet imperiyasının rəhbərlərindən biri olmuşdu. Ulu Öndər Azərbaycanda milli təhlükəsizlik sistemini milliləşdirən böyük şəxsiyyətdir. Çünki Sovet dövründə milli təhlükəsizlik daima başqa millətlərin, imperiyaya qulluq edən ayrı-ayrı şəxlərin və ermənipərəst qüvvələrin əlində olub. Ancaq Ümummilli Lider 1967-69-cu illərdə təhlükəsizlik sisteminə rəhbərlik edən zaman o sistemin kadrlarını milliləşdirmişdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Bakını milli şəhərə çevirməsidir. O Azərbaycanda ölkəmizin sənayeləşməsinin müəllifi, neft sənayesindən kənar iqtisadiyatın yaradıcıdır. Eləcə də Azərbaycanda arqrar sənayeni yaradan böyük bir dövlət xadimidir".H.Babaoğlu əlavə edib ki, Ulu Öndər Bakı şəhərində yeni mikrorayonlar salaraq rayonlardan, kəndlərdən gələn gənclərimizi orada yerləşdirərək Bakının demoqrafik mkrostrukturunu milliləşdirən, Azərbaycanlaşdıran böyük bir şəxsiyyətdir: "Heydər Əliyev eyni zamanda Azərbaycan gənclərinin hamisidir. Əlbəttə ki, müstəqilk dövründə Ümummilli Liderin ən böyük xidmətlərindən biri müasir Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən əsrin müqaviləsi adlandırdığımız Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsidir. Eləcə də dahi şəxsiyyət Azərbaycan Konstitusiyasının müəllifidir. Məhz buna görə də Azərbaycan xalqı Ümummilli Liderin anım günündə onu rəhmət və şükranla anır, onun qurduğu dövlətin əbədi olacağına inanır".

sia.az

Digər xəbərlər