"Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Belqradda keçirilən toplantısında ilk dəfə olaraq işğal altında olan Azərbaycanın 7 rayonunun boşaldılması təklifinə Ermənistan tərəfinin hansısa reaksiyası boş şeydir. Çünki Rusiya Ermənistanı dövlət saymır, əksinə onu özünün ərazisi sayır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Sergey Lavrov həddindən artıq ağıllı, eyni zamanda məkrli bir siyasətçidir: "Onun bu fikirləri söyləməsinin arxasında başqa bir məsələnin dayandığını görürəm. Çünki inandırıcı görünmür. Azərbaycan-Türkiyə münasibətlərinin həddindən artıq yaxınlaşması və Rusiya-Türkiyə müharibəsinin gərginləşməsi və s. qardaş ölkələrin münasibətlərinə kölgə salmağa xidmət edir. Lavrov açıq şəkildə bildirir ki, əgər Azərbaycan Rusiyanın yanında olsa işğal altında olan 7 rayon qaytarılacaq. Azərbaycanla bağlı belə bəyanatlar dəfələrlə verilib. Amma təəssüf ki, bu günə kimi Rusiya tərəfi bir addım da olsa atmayıb. Mən bunu siyasi gediş kimi dəyərləndirirəm".
sia.az