PDF Oxu

Siyasət

  • 30

Əliməmməd Nuriyev: “Növbəti əfv sərəncamı gözlənilir” AÇIQLAMA

Əliməmməd Nuriyev: “Növbəti əfv sərəncamı gözlənilir” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq ilin müxtəlif vaxtlarında əfv sərəncamları imzalanır. İndiyədək 60-a yaxın əfv sərəncamı imzalanıb və 5 mindən artıq vətəndaşımız azadlığa qovuşub". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günündə gözlənilən növbəti əfv Sərəncamına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Prezident bu hümanist addımı mütəmadi olaraq davam etdirir: "Bu günlərdə Əfv Məsələləri üzrə komissiyanın iclasları keçirilir. Şübhəsiz ki, əfv komissiyasının belə iclaslarının keçirilməsi yeni şəxslərin əfv olunması ilə bağlıdır. Əfvetmə haqqında fərmana görə, komissiyanın müzakirəsindən keçən şəxslərin siyahısı cənab Prezidentə təqdim olunur. Təbii ki, ölkə başçısı da bununla bağlı müvafiq sərəncam imzalayır. Dövlət başçısı hümanizmi əsas götürərək, müstəsna səlahiyyətlərinə aid olaraq sərəncam imzalamaqla bir qrup şəxslərin azadlığa çıxmasına yeni imkanlar yaradır. Əfv komissiyasının burada fəaliyyəti heç şübhəsiz ki, əhəmiyyətlidir. Komissiyanın təqdim etdiyi siyahı o demək deyil ki, cənab Prezident tərəfindən bütün o şəxslər azad ediləcək. İnanıram ki, əfv komissyasının ölkə başçısına etdiyi müraciətlər nəzərə alınacaq".Ə.Nuriyev müxalifətin 100-ə yaxın əfv olunacaq şəxslərin siyahısını hazırlamasına da münasibət bildirərək deyib ki, bu gün hər kəs öz bildiyi siyahını hazırlaya bilər: "Amma bu o demək deyil ki, siyahıda olduğu kimi qərarlar qəbul olunacaq. Təbii ki, bu belə deyil. Əsas məsələ odur ki, hümanitar əsaslarla ayrı-ayrı şəxslər barəsində müraciət olunur. Bəzən müxtəlif siyahılar tutmaqla proseslərə manipulyasiya edən insanlarda var. Amma biz kimliyindən asılı olmayaraq işçi qrupunun üzvü, hüquq müdafiəçiləri olaraq hər bir şəxsdən ötrü bizə müraciət olunduğu təqdirdə həmin şəxslərin əfv olunması ilə bağlı cənab Prezidentə müraciət edirik və etməkdə də davam edəcəyik".

sia.az

Digər xəbərlər