PDF Oxu

Siyasət

  • 32

"Azərbaycanın mövcudluğuna görə Ulu Öndərə borcluyuq"

"Azərbaycanın mövcudluğuna görə Ulu Öndərə borcluyuq"

Mehriban Abasquliyeva: "Dövlətçiliyimizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır"

"Bügünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğuna görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bu, bütün Azərbaycan xalqının fikridir." Bu barədə SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşikilatının sədri Mehriban Abasquliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12-ci illdönümü ilə bağlı fikirlərini bildirərkən deyib.

Mehriban Abasquliyeva bildirib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır: "Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir. Həmçinin, Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması anlamını daşıyır".

YAP Sabunçu rayon təşkilatının sədri eyni zamanda vurğulayıb ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir: "Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır."

O, qeyd edib ki, ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsidir: "Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir."

Mehriban Abasquliyeva son olaraq qeyd edib ki, bu gün Azərbaycanın inkişaf və tərəqqisi üçün qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılmaqda davam edir: "Bütün bunlar isə məhz onun bariz ifadəsidir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır".

sia.az

Digər xəbərlər