Dünən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının gənclər birliyinin sədri Daşqın Rüstəmov açaraq dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 12 il ötdüyünü qeyd edib: "Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını uca tutmuş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi daim önə çəkmişdir".
Anım mərasimində 3 saylı tam orta məktəbin müəllimi, "Tərəqqi" medallı Xəyalə Veyisova "Heydər Əliyev Azərbaycan gəncliyinin himayədarıdır", şəhər 6 saylı tam orta məktəbin müəllimi Elnurə Şükürova "Azərbaycançılıq ideyalarının aşılanmasında Ümummilli Lider Heydər Əliyev amili", şəhər 1 saylı tam orta məktəbin müəllimi Mehriban Məmmədova "Azərbaycan təhsilində Heydər Əliyevin rolu", şəhər 2 saylı tam orta məktəbin müəllimi Əsmər Seyidova "Heydər ƏliyevAzərbaycan xalqının əvəzolunmaz lideridir" mövzularında çıxış edərək bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndər bütün həyatını dövlətçiliyimizin, xalqımızın bu günü və gələcəyinə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə bəxş etdi. Daha Liderimizin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Natiqlər bu gün ölkə rəhbəri Cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu, gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd ediblər.
RƏFİQƏ