PDF Oxu

Siyasət

  • 42

Mübariz Əhmədoğlu: "Sarkisyan avtoritar rejim qurub" AÇIQLAMA

Mübariz Əhmədoğlu: "Sarkisyan avtoritar rejim qurub" AÇIQLAMA

"Ermənistan cəmiyyəti bütövlükdə çox zəifdir". Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Qərbdə qərarlaşan bəzi qruplar sayəsində Ermənistan dünyaya demokratik ölkə kimi təqdim olunur: "Serj Sarkisyan avtoritar rejim qurub və qəddar metodlardan istifadə edir. Onun kütləvi mitinqlərə toplaşan vətəndaşlara qarşı repressiya tətbiq edəcəyini gözləyirəm. Xüsusilə qeyd etməliyəm ki, Ermənistanda etiraz edən kütlə zəifdir. Əsas narazılar ölkəni tərk edib Rusiyada yaşayanlardır".

Politoloq bildirib ki, Ermənistanda indiyədək özbaşına xalq hərəkatı olmayıb: "Baş tutan xalq mitinqləri əsasən ABŞ-dan idarə olunub. Yenə deyirəm ki, erməni xalqı böyük mitinqlər keçirməyə qadir deyil. Mütləqdir ki, xaricdən birbaşa idarə olunsun. Hazırda ABŞ-ın başı digər məsələlərə qarışdığı üçün regionla ciddi məşğul ola bilmir. Əslində, Serj Sarkisyanın devrilməsi ABŞ-ın marağında deyil. Rusiya da bunda maraqlı deyil. Çünki, Rusiya Ermənistanda xalq hərəkatının güclənməsinə dəstək verəcəyi təqdirdə onun "Ukrayna Maydan"ına çevriləcəyindən qorxur. Ermənistanın daxilində isə bu hərəkatı gücləndirəcək potensial yoxdur. Belə olan halda düşünmürəm ki, Serj Sarkisyan hakimiyyəti tez zamanda devrilsin".

sia.az

Digər xəbərlər