PDF Oxu

Siyasət

  • 27

Ümummilli Lider Azərbaycan mətbuatının hamisi idi

Ümummilli Lider Azərbaycan mətbuatının hamisi idi

Azərbaycanda müstəqil mətbuatın formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 30 illik dövr dövlət müstəqilliyinin möhkəmlənməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafı ilə də bağlı Dahi Öndər Heydər Əliyev əvəzsiz işlər görüb. Bu baxımdan birmənalı şəkildə demək olar ki, Ümummilli Lider həm də mətbuatın hamisi, azad sözün, demokratik fikrin təminatçısı idi. Sual yaranır: Azərbaycan mətbuatı Dahi Öndər Heydər Əliyevin xalq və dövləti üçün gördüyü əvəzsiz işləri lazımı formada, faktlarla cəmiyyətə, insanlara çatdıra bilirmı? Söhbət etdiyimiz qəzet baş redaktorları hər zaman Ulu Öndərin ideyalarının davamlılığının təminatı, əsasını qoyduğu siyasətin təbliği istiqamətində geniş araşdırmalar apardıqlarını, müsahibələr, rəylər, ayrı-ayrı şəxslərin xatirələrini rəhbərlik etdikləri qəzetlərdə dərc etdiklərini bildirdilər.

"525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid

- Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatının yüksək səviyyədə inkişaf etməsində və dünyada tanınmasında çox böyük rolu var. Azərbaycanda müstəqil mətbuatın formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan tarixində ilk dəfə olaraq 1998-ci ildə mətbuata qarşı tətbiq olunan senzura ləğv edildi və bununla da Azərbaycanda mətbuatın inkişafı üçün yeni imkanlar yarandı. Eyni zamanda, mətbuatla bağlı müxtəlif sərəncamlar, fərmanlar verildi, mətbuatın iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atıldı. Bir sözlə, bu gün Azərbaycan mətbuatının uğurlar qazanması məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu bünövrənin, ənənələrin əsasında davam edir.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Ulu Öndər Heydər Əliyev Dahi Liderdir. O, Azərbaycan dövlətinin bu günə gəlib çatmasında, inkişaf etməsində, dövlət quruculuğunda müstəsina xidmətləri olan, Azərbaycanı regionun lider dövlətinə çevrilməsinin əsasını qoyan tarixi bir şəxsiyyətdir. Hər zaman Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının ürəyindədir. 1990-ci illərdən başlayaraq Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının mövcudluğu uğurunda hansı mücadilələr apardığnı hər kəs yaxşı xatırlayır. Ulu Öndər böyük qətiyyət, əzmkarlıq göstərməklə, Azərbaycan dövlətini bütövlükdə bəlalardan xilas etdi. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin xidmətləri dayanıb.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:

- Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixində əbədi qalacaq siyasi liderdir. O, müstəqil Azərbaycan dövlətinin qurucusu, bu gün əldə etdiyimiz nailiyyətlərinin əsasını qoyan Dahi Şəxsiyyətdir. Tarix boyu Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşəcək. Müstəqil Azərbaycan Respublikası Onun şah əsəridir. Mən uzun illər Prezident Administrasiyasında akkreditə olunmuş jurnalist kimi Ümummilli Liderin fəaliyyətini, müxtəlif tədbirlərdəki çıxışlarını izləmişəm. Onun necə təcrübəli dövlət adamı, lider olduğunu əyani şəkildə görmüşəm. Dünyanın tanınmış siyasi xadimlərinin Ona necə hörmətlə yanaşmasının şahidi olmuşam. Hesab edirəm ki, illər keçdikcə biz Onun böyüklüyünü daha çox hiss edəcəyik. Ulu Öndər Heydər Əliyev həm də biz jurnalistlərin dostu idi. O, hər dəfə xarici ölkələrə səfərə gedəndə və qayıdanda jurnalstlərin suallarını cavablandırardı. Müxtəlif tədbirlərdə jurnalistlərlə qeyri-rəsmi şəriatdə etdiyi söhbətlər də çox maraqlı idi.

GÜLYANƏ

Digər xəbərlər