PDF Oxu

Siyasət

  • 32

Ermənistandan növbəti şou AÇIQLAMA

Ermənistandan növbəti şou AÇIQLAMA

"Azərbaycanın bizə dost olmayan hər bir ölkə ilə bağlı kifayət qədər məlumatı var". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın Türkiyədəki xüsusi xidmət orqanları ilə əlaqə yaratmaqda günahlandırılan 38 yaşlı erməni mayor Qarik Xaçikoviçin həbs olunması ilə bağlı danışarkən deyib.O, Ermənistanın hazırda vəziyyətdən çıxmaq üçün müxtəlif bəhanələrə əl atdığını və bütün bunların boş və cəfəngiyatdan ibarət olduğunu bildirib: "Ermənistanın Azərbaycan və Türkiyə üçün hər hansı bir vacib və ya məxfi məlumatı yoxdur. Azərbaycanın bizə dost olmayan hər bir ölkə ilə bağlı kifayət qədər məlumatı var. Ermənistan bununla bağlı narahat olmalı deyil.Təqsirləndirilən bu şəxs bir müddət əvvəl xidmətdən azad edilib və elə də böyük rütbəyə malik olmayıb. Buna görə də bütün bu iddialar sadəcə bir şou yaratmaq üçündür".Ekspert vurğulayıb ki, Azərbaycanda kifayət qədər savadlı mayorlar, polkovniklər və hərbiçilər var və onlar kifayət qədər məlumata malikdirlər: "Nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanın hər hansı bir məlumatına ehtiyac yoxdur. Bu sadəcə həmin şəxsi susdurmaq və aradan götürmək üçün düzülüb-qoşulmuş bir şoudur".

sia.az

Digər xəbərlər