PDF Oxu

Siyasət

  • 36

Mədət Quliyev: “Cinayət etmiş şəxs qanun qarşısında cavab verəcək" MÜNASİBƏT

Mədət Quliyev: “Cinayət etmiş şəxs qanun qarşısında cavab verəcək" MÜNASİBƏT

"Son vaxtlar Milli Təhlükəsizlik Nazirliyində (MTN) boşalan vəzifələrə hələ təyinatlar olmayıb. Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkil olunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır. SİA-nın məlumatına görə, bunu Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, MTN-də ixtisarlar davam edəcək: "Mənim işlədiyim müddətdə 250-dən artıq yararsız əməkdaşlar MTN-dən xaric olunub. MTN-lə bağlı aparılan istintaq üzrə Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və davam etdirilir. Adı cinayət işində keçənlər cinayət məsuliyyətinə cəlb edilərək həbs olunur. Bu iş davam etdirilir, hər bir cinayət etmiş şəxs layiqincə qanun qarşısında cavab verəcək".M.Quliyev bundan sonrakı siyasəti haqqında da danışıb: "Yolumuz birdir, Ümummilli Lider Heydər Əliyev kursudur. Möhtərəm Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir və biz də Respublikamızın təhlükəsizliyini təmin edəcəyik".

sia.az

Digər xəbərlər