PDF Oxu

Siyasət

  • 27

Elçin Mirzəbəyli: “Nardaranlılar özlərini təhlükəsiz hiss etməyə başlayıblar” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Nardaranlılar özlərini təhlükəsiz hiss etməyə başlayıblar” AÇIQLAMA

"Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, insanlar artıq Azərbaycan dövlətinin bütün qanunlarının Nardaranda işlədiyini hiss etməyə başlayıblar: "Həmçinin onlar dövlətin qayğısını öz üzərlərində hiss ediblər. Azərbaycan dövləti, Prezidenti öz vətəndaşlarına hər zaman qayğı ilə yanaşır. Təbii ki, Nardaranda da sosial problemlərinin həlli istiqamətində atılacaq addımları hər kəs gözləyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait çox əhəmiyyətlidir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Nardaranda da ölkənin sosial-iqtisadi inkişafından burada yaşayan insanların da pay alacağı şübhəsizdir. İnsanlar artıq özlərini daha təhlükəsiz hiss etməyə başlayıblar. Nardaranda sosial-iqtisadi inkişafın təmin edilməsi, problemlərin həlli istiqamətində atılan addımların böyük töhfə verəcəyinə inanıram".

sia.az

Digər xəbərlər