PDF Oxu

Siyasət

  • 21

Suraxanıda səhiyyə işçiləri Ulu Öndərin xatirəsini andı

Suraxanıda səhiyyə işçiləri Ulu Öndərin xatirəsini andı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsinin Suraxanı rayonunda anılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun bütün müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir Suraxanı Tibbi-Bərpa Mərkəzində rayonun səhiyyə müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Suraxanı Tibbi-Bərpa Mərkəzinin foyesində ucalan büstünü ziyarət edərək, önünə tər güllər qoyublar. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan 9 saylı Stomatoloji Poliklinikanın baş həkimi Sənan Əliyev bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 12 il keçir: "Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarıməsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim öyrənilməli və öyrədilməlidir. Dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən xilas edən, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir".

Tədbirdə çıxış edən 12 saylı BŞX-nin baş həkimi Bəhlul Məmmədov, 24 saylı BŞX-nin baş həkimi Azər Məmmədov, 8 saylı BUX-un həkimi Nilufər Musayeva, 23 nömrəli ŞP-nin həkimi Aynur İsmayılova xüsusi vurğulayıb ki, taleyin hökmü ilə 2 dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.

Tədbiri yekunlaşdıran Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm xidmətləri və fəaliyyəti ilə canlı əfsanəyə çevrilmiş Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, Onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Böyük Şəxsiyyət Heydər Əliyev dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur: "Ümummilli Lider Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri olaraq xalqının gələcəyini və vətəninin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək müdrik siyasi Liderin yetişdirilməsinin qayğısına qalmışdır".

Tədbirdə Ümummilli Liderimizin adı hər birimizin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə daim yaşayacağı vurğulanıb.

ZÜMRÜD

Digər xəbərlər