PDF Oxu

Siyasət

  • 14

Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anıldı

Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anıldı

Pirallahı rayon icra hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 400 nəfər rayon sakininin, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Anım mərasimində Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açılıb. Bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi bildirilib. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, dünyaya Ulu Şərqdən Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. "Heydər-Xalq", "Xalq-Heydər" sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə daim yaşayacaqdır. Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı gələcəyə doğru inamla irəlilədiyini minnətdarlıq hissi ilə qeyd etmişlər.

Eləcə də, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri rayonun 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində də keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birliyinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Samir

Digər xəbərlər