PDF Oxu

Siyasət

  • 20

Heydər Əliyev - zamanın Azərbaycan xalqına bəxş etdiyi Böyük Öndər

Heydər Əliyev - zamanın Azərbaycan xalqına bəxş etdiyi Böyük Öndər

YAP İsmayıllı rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur: "Müdriklik nümunəsi olan belə insanlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.

Rayon təşkilat sədri onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi-mədəni və mənəvi həyatında yeni bir tarix yaratmışdır.

Natiq qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, Onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Cənab İlham Əliyevin 2003-cü ildə Prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlayaraq, respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Ulu Öndər Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan Prezident İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, gənclər birliyinin sədr əvəzi Şəhla Qafarova, partiyanın fəal üzvləri Tacəddin İbadov, Orxan Ağayev, Ramil Dadaşov, Dilşad Bədəlova və başqaları çıxış edərək qeyd ediblər ki, liderlik xüsusi istedad və qabiliyyət tələb edir. Heydər Əliyev qüdrəti XX əsr kimi mürəkkəb bir yüzildə bu fenomenal şəxsiyyətə Azərbaycanın Ümummilli Lideri olmaq imkanı yaratdı. Sözün həqiqi mənasında, o, müasir Azərbaycanın tarixi təkamülünə dinamika verdi. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsidir.

ZÜMRÜD

Digər xəbərlər