PDF Oxu

Siyasət

  • 18

Bahar Muradova: "Bizə azərbaycanlı olmaq qürurunu yaşadan məhz Ümummilli Lider olub"

Bahar Muradova: "Bizə azərbaycanlı olmaq qürurunu yaşadan məhz Ümummilli Lider olub"

Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova:

- Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində iqtisadi inkişafa, tərəqqiyə nail olunub. Bir zamanlar xəyallarda olan Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi amilini reallığa məhz Ulu Öndər çevirib. Bu həqiqəti heç kim inkar edə bilməz. Əlbbəttə ki, bütün bunlar Dahi Öndər Heydər Əliyev şəxsiyyətinə Azərbaycan xalqının böyük inamının və dəstəyinin nəticəsi idi. Hər birimizin qəlbində yaşayan, qəlbimizdən heç zaman silinməyən Dahi Şəxsiyyətin xatirəsini ehtiramla anırıq. Bu günlərdə Onun anım gününü qeyd etməklə həm də Azərbaycana iqtisadi inkişaf, tərəqqi, xalqa xoş, firavan həyat bəxş etmiş dönməz və sarsılmaz siyasətinin əhəmiyyətindən danışırıq. Zaman keçdikcə biz daha çox dərk etməyə başlayırıq ki, məhz Ulu Öndərin fədəkarlığı, qəhrəmanlığı nəticəsində Azərbaycan ziddiyətlərdən, anarxiyadan, xaosdan xilas olaraq, bugünkü qüdrətli Azərbayacana çevrilib. Bizə azərbaycanlı olmaq qürurunu yaşadan, bu dövlətin vətəndaşı olmaqdan fəxr etmək hissini aşılayan da məhz Ümummilli Lider olub. Ona görə də nə qədər Azərbaycan var, biz Dahi Öndər Heydər Əliyevi xatırlayacağıq. Ulu Öndər yolu Azərbaycanı uğurdan-uğura aparan ən doğru yoldur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim bugünkü fəaliyyətimiz, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasət bu yolun davamıdır. Azərbaycan xalqı bu yolun ən layiqli varisi kimi Prezident İlham Əliyevin arxasınca gedir, Onun xalq və dövlət üçün gördüyü xeyirli, gərəkli işləri yüksək qiymətləndirməklə dəstəkləyir. Mən Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan ilk gənclərdən biri olaraq onu da qeyd edim ki, yarandığı gündən bəri YAP özü-özlüyündə bir siyasi təşkilat olaraq yalnız öz həyatını deyil, Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatını yaşayıb. Bugünkü nailiyyətlərin təşkilatçısı, iştirakçısı, aparıcı qüvvəsi kimi çıxış edir. Təbii ki, YAP-ın sıralarının günü-gündən genişlənməsi faktı Heydər Əliyev şəxsiyyətinin, o şəxsiyyətin Azərbaycan üçün gördüyü işlərlə və Azərbaycanın gələcək perspektivləri üçün müəyyənləşdirdiyi xətlə birbaşa bağlıdır. Partiyamızda olan hər bir insanın tərcümeyi-halında Ulu Öndər böyük rol oynayır. Dahi Liderlə keçən günlərimi həyatımın ən şərəfli günləri hesab edirəm. Onun Prezident olduğu dövrlərdə Prezident Aparatında işlədiyim illər, YAP-da fəaliyyət göstərdiyim illər, deyə bilərəm ki, heç zaman yaddaşımdan silinməyəcək qədər mənə əzizdir. Sevinirəm, nə yaxşı ki, Ulu Öndərin müəyyən etidyi yolda addımlayıram.

İntizarə Məmmədova

Digər xəbərlər