PDF Oxu

Siyasət

  • 24

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

"Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 12 il keçir. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaqdır". Bu sözlər dünən Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə səsləndirildi. Tədbir Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarına əklil qoyduqdan sonra universitetin akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan rektor-professor Nazim Hüseynli Ümummilli Liderin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev fenomeni heç vaxt qədirbilən xalqımızın yaddaşından silinməyəcək. O, 2003-cü ilin məhz bu ayında Azərbaycanın son dərəcə ağır, üzüntülü, bir itki ilə üzləşdiyini qeyd edərək, Ümummilli Liderimiz, xalqımızın Böyük Oğlu Heydər Əliyevin matəm günlərində xalqımızın gecə-gündüz Fəxri Xiyabana axışıb öz böyük oğluna sevgisini gül-çiçəklə, göz yaşları ilə ifadə etməsini Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə münasibətini, sonsuz sevgisini əyani şəkildə göstərdiyini vurğulayaraq bu gün də bu ehtiramın sonsuz olduğunu bildirdi.

Tədbirdə çıxış edən digər məruzəçilər də xalqımızın tarixi səlnaməsinə qızıl hərflərlə adını əbədi olaraq həkk etmiş siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin bu gün gənclər qarşısında qoyduğu tələb və tövsiyələr öz bəhrəsini verməsindən və müasir gəncliyin Ulu Öndər Heydər Əliyev irsinin davamçıları olduğunu qeyd etdilər.

Tədbirin sonunda Bakı Avrasiya Universitetinin Avrasiya Tələbə-Gənclər Təşkilatının Ümummilli Liderin həyat yoluna həsr olunmuş film nümayiş etdirildi.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər