PDF Oxu

Siyasət

  • 23

Anım günü ilə bağlı Xəzər rayonunda ehsan süfrəsi təşkil olunub

Anım günü ilə bağlı Xəzər rayonunda ehsan süfrəsi təşkil olunub

Dünən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər rayon icra hakimiyyətinin, Xəzər İnkişaf Fondunun və rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan ehsan süfrəsi verilib. Mərasimdə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, rayon ictimaiyyəti nümayəndələri və din xadimləri, ilahiyyatçılar iştirak ediblər. Ehsan süfrəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb, Onun xalq və dövlət üçün gördüyü əvvəzsiz işlər qeyd olunub. Bildirlib ki, Azəbaycanın qüdrətli, inkişaf edən dövlətə çevrilməsi, adının dünyanın aparıcı dövlətləri ilə bir sırada çəkilməsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəalliyyəti, gərgin əməyini nəticəsində mümkün olub. Çıxışlarda o fikir də vurğulanıb ki, Ulu Öndərimiz Heydər Əliyev hər zaman ziyarətgahların təmirinə, məscidlərin yenidən qurulmasına xüsusi önəm verib. Məhz Onun yardımı və dəstəyi nəticəsində "Bibiheybət Piri", "Əshabi-Kəf" ziyarətgahı, "Mir Mövsüm Ağa" ziyarətgahı və digər pirlər eləcə də, ziyarətgahlar əsaslı təmir olunub: "Bu gün Ulu Öndər tərəfindən qoyulan inkişaf strategiyası Onun ən layiqli varisi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda cəmi 12 məscid fəaliyyət göstərirdisə bu gün artıq onların sayı 2000-dən çoxdur. Məhz bu cür Azərbaycanda multukultural dəyərlərə hörmət beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Birmənalı şəkildə Azərbaycan tolerant ölkə kimi tanınır".

Ehsan mərasimində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunmuş, Ona Allahdan rəhmət dilənmişdir.

İntizarə Məmmədova

Digər xəbərlər