PDF Oxu

Siyasət

  • 18

Elman Nəsirli: “GUAM özünün yaxşı olmayan günlərini yaşayır” AÇIQLAMA

Elman Nəsirli: “GUAM özünün yaxşı olmayan günlərini yaşayır” AÇIQLAMA

"1997-ci il oktyabrın 10-da Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat GUAM-ın yaradılması haqqında təşəbbüs irəli sürüldü. GUAM-ın yaradılması haqqında ideya ABŞ tərəfindən gəldi. 1999-cu ildən başlayaraq GUAM yarandı, formalaşdı və fəaliyyət göstərməyə başladı. Sonradan məlum oldu ki, bu qurumun fəaliyyəti ziqzaqvari fəaliyyətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, millət vəkili Elman Nəsirli GUAM-ın işlək mexanizminə çevrilə bilməməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, GUAM-ın müəyyən məqamlarda fəaliyyəti intensivləşir, sonradan isə enmə prosesi gedir: "Beləcə, bu təşkilatın siyasətində birmənalı inkişaf xətti özünü göstərmədi. Hətta bir çox hallarda belə bir fikirlər səslənirdi ki, ABŞ özünün müəllifi olduğu bu layihəyə dəstək verəndə GUAM-ın fəaliyyəti inkişaf etməyə başlayır. ABŞ-ın diqqətindən bir qədər kənarda qaldıqda isə əks proseslər gedir. Nəzərə alsaq ki, GUAM ölkələrində həm Ukraynada, həm də Gürcüstanda fərqli siyasi proseslər getdi. Hər iki ölkədə inqilabi proseslərin yaşanması heç şübhəsiz ki, bu qurumun fəaliyyətindən də təsirsiz ötüşmədi. Bu nöqteyi-nəzərdən hesab etmək olar ki, GUAM təşkilatı bu gün reallıqlar fonunda (Qərblə-Rusiya arasındakı ziddiyətlər) özünün də yaxşı olmayan günlərini yaşayır. Təbii ki, yenidən canlanma tendensiyası ola bilər. Amma bugünkü reallıqlarda bu hələki mümkün deyil".

sia.az

Digər xəbərlər