PDF Oxu

Siyasət

  • 25

Elçin Mirzəbəyli: "Həmsədrlərin fəaliyyəti onların missiyasına qətiyyən uyğun gəlmir" AÇIQLAMA

Elçin Mirzəbəyli: "Həmsədrlərin fəaliyyəti onların missiyasına qətiyyən uyğun gəlmir" AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin davranışları vasitəçilik missiyasına qətiyyən uyğun gəlmir". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun Ermənistanın mütəmadi olaraq atəşkəsi pozmasına susqunluq nümayiş etdirməsi münaqişənin həllinə olan münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir. Bildirib ki, bundan öncə də özünü separatçı rejimin xarici işlər naziri kimi təqdim edən şəxslə görüşən Ceyms Uorlik mövqeyini açıq şəkildə nümayiş etdirir: "Minsk qrupunu təmsil edən diplomatların fəaliyyəti bütövlükdə nə münaqişənin mövcud durumuna, nə də onların missiyasına qətiyyən uyğun gəlmir. Həmsədrlər atəşkəsin pozulmasının arxasında Ermənistanın dayandığını yaxşı anlayırlar. Sadəcə himayə etdikləri işğalçı dövləti incitmək istəmədikləri üçün danışmırlar. Həmişə riyakar mövqedən çıxış edən həmsədrlər yenə də işğalçı ilə işğala məruz qalana fərq qoymamaq prinsipinə əməl edərək atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat verməkdən çəkinirlər. Susqunlarını prezidentlərin görüşünün təşkili ilə əlaqələndirirlər. Guya bu, görüşə hər-hansı formada təsir göstərə bilər. Həmsədr ölkələrin beynəlxalq hüquq normalarına olan münasibətləri açıq şəkildə ortadadır".

sia.az

Digər xəbərlər