PDF Oxu

Siyasət

  • 29

“Azərbaycan-İran münasibətləri normal templə inkişaf edir” AÇIQLAMA

“Azərbaycan-İran münasibətləri normal templə inkişaf edir” AÇIQLAMA

"İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri dəfələrlə müşahidə olunub"

"Nardaranda baş verən hadisələrdən sonra İranın bəzi instansiyaları tərəfindən Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsinin şahid olduq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloq bildirib ki, İran müəyyən vaxtlarda bəzi qrupların əli ilə Azərbaycanda, xüsusilə dini zəmində gərginliyin yaradılmasında maraqlı tərəf kimi görünüb: "Azərbaycan qonşu ölkələrlə, o cümlədən İranla konstruktiv dialoqun mövcudluğu şəraitində əməkdaşlıq etməyə çalışır. İran ictimaiyyətinin ayrı-ayrı təbəqələrinin Nardaranda baş verən hadisələrə göstərdikləri reaksiya, səsləndirdikləri fikirlər rəsmi Tehranın mövqeyi kimi qəbul oluna bilməz. Biz bunu İran rəsmilərinin çıxışlarından da aydın görə bilərik. Dövlət rəsmilərimiz də mövcud vəziyyətlə bağlı İran tərəfinə öz narahatlıqlarını bildirib. Düşünürəm ki, Azərbaycan-İran münasibətləri normal templə inkişaf edir və əməkdaşlığın müəyyən istiqamətləri üzrə qarşılıqlı addımlar atılır. Qonşu dövlətin ayrı-ayrı dairələrinin Azərbaycanda gedən proseslərə sərgilədiyi mövqe dövlət siyasətimizə hər hansı korrektə gətirə bilməz".Azərbaycan tolerant ölkə olduğunu vurğulayan politoloq müxtəlif dinlərin sülh şəraitində yanaşı mövcudluğunun qanunla tənzimlənərək qorunduğunu qeyd edib: "Amma dini zəmində hər hansı diskriminasiyanın baş verməsi və bunun şərtləndirilməsi cəhdlərinin qarşısı müvafiq orqanlarımız tərəfindən qətiyyətlə alınır. Dövlətimiz cəmiyyət üçün yad ünsürlərdən, arzuolunmaz ideologiyadan qurtulmaq istiqamətində həmişə prinsipial addımlar atıb və bundan sonra da atacaq".

sia.az

Digər xəbərlər