PDF Oxu

Siyasət

  • 19

“Rusiya-Türkiyə böhranında praqmatizm üstünlük təşkil edəcək” AÇIQLAMA

“Rusiya-Türkiyə böhranında praqmatizm üstünlük təşkil edəcək” AÇIQLAMA

Türkiyə və Rusiya arasında yaşanan gərginlikdə özünün müstəqil və praqmatik xarici siyasəti ilə seçilən Azərbaycan bir körpü yolunu oynaya bilər". Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Onun sözlərinə görə, Rusiya və Türkiyə regionun aparıcı ölkələrindəndir: "Bu o deməkdir ki, hər iki tərəf regionda baş verən proseslərdə yaxından iştirak edir və bununla da həm üst-üstə düşən maraqları, həm də qarşılıqlı əlaqələri mövcuddur. Buraya nəqliyyat, enerji, təhlükəsizlik kimi regional məsələləri aid etmək olar. O ki qaldı bu ölkələrin iqtisadi cəhətdən itirə biləcəyi istiqamətlərə burada turizm, tikinti, qida məhsullarının ixracatı, yüngül sənaye-tekstil sahələrinin, ağır sənaye və cihazqayırma sahələrinə potensial zərərdən söhbət açmaq mümkündür. Qeyd edilən iqtisadi sahələrin hər biri iki ölkədə də ixtisaslaşmadan asılı olaraq kifayət qədər inkişaf edib və bir-birinin bazarında yetərincə oturuşub. Bütün bunları rəsmi Moskva və Ankara yaxşı anlayırlar. Bu böhranda ehtimal etmək olar ki, praqmatizm üstünlük təşkil edəcək. Hər iki tərəf yenidən qarşılıqlı dostluq əlaqələrini, bərpa edəcəklər"."Türkiyə və Rusiya arasında yaşanan gərginlikdə özünün müstəqil və praqmatik xarici siyasəti ilə seçilən Azərbaycan bir körpü yolunu oynaya bilər. Ölkəmizin hər iki tərəflə yüksək effektivliyi ilə seçilən ikitərəfli münasibətləri var".

sia.az

Digər xəbərlər