PDF Oxu

Siyasət

  • 14

“2016-cı il Ermənistan rəhbərliyini hakimiyyətdən süpürüb atacaq” AÇIQLAMA

“2016-cı il Ermənistan rəhbərliyini hakimiyyətdən süpürüb atacaq” AÇIQLAMA

"Ermənistan tərəfinin cəbhə xəttində ardıcıl olaraq itkilər verməsinə baxmayaraq, hələ də təxribatçı əməllərindən əl çəkməməsi başa düşülən deyil. Bəlkə də elə onlar özləri də nə etmək istədiklərini bilmirlər". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, hamı da bilirki Ermənistanın gücü o qədər deyilki Azərbaycana nəyisə nümayiş etdirsin: "Bu münaqişə o zamana kimi davam edəcək ki, onların havadarları onlara desin ki, bu işğalçılıq siyasətinə son qoyulsun. Məhz bu zaman itkilərin qarşısını almaq mümkün olacaq. Bu il ərzində düşmən tərəfi xeyli itkiyə məruz qaldı. Ona görə də Ermənistan siyasi və hərbi rəhbərliyi üçün öz vətəndaşlarının həyatı o qədər də önəmli deyil. Hər halda düşünürəm ki, 2015-ci il onlar üçün ən ağır illərdən biri oldu. 2016-cı il də belə davam etsə, hesab edirəm ki, Ermənistanın siyasi və hərbi rəhbərliyini hakimiyyətdən silib, süpürüb atacaq".

sia.az

Digər xəbərlər