Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti - qış sessiyası yanvarın 25-29-da Strasburqda keçiriləcək. SİA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan üzrə iki hesabat müzakirə ediləcək.Yanvarın 26-da Robert Uolterin (Britaniya) "Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik", Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər" hesabatları müzakirə ediləcək.
sia.az