"Müdafiə Sənayesi Nazirliyi 10 il ərzində sürətli bir yol keçib" SİA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.O bildirib ki, nazirlik yaranan ilk günlərdə onun tərkibində 8-9 zavod var idi: "İndi isə nazirliyin tərkibində 28 zavod fəaliyyət göstərir. Bu zavodlarda 54 istehsal sahəsi yaradılıb. Həmin istehsal sahələri dünyanın aparıcı ölkələrindən gətirilən ən müasir texnologiyalar və avadanlıqlarla təsis olunub. Bu sahələrdə müdafiə təyinatlı məhsullar istehsal olunur. Bu gün həmin müəssisələrdə 1077 adda müdafiə təyinatlı məhsul istehsal edilir. Eləcə də həmin avadanlıqların potensialından istifadə etməklə mülkü təyinatlı məhsulların istehsalı istiqamətində çox mühüm işlər görülüb. Tərəfimizdən 455 adda məhsul istehsal olunaraq sifarişçilərə təqdim olunub".
sia.az