PDF Oxu

Siyasət

  • 14

“Jurnalistlərin ifadə azadlığı dövlət tərəfindən təmin olunur” AÇIQLAMA

“Jurnalistlərin ifadə azadlığı dövlət tərəfindən təmin olunur” AÇIQLAMA

"İqtidar yaxud müxalifətyönümlü olmasından asılı olmayaraq, hər bir jurnalist sərbəst şəkildə öz fikirlərini bildirərək ictimai rəyə təsir göstərə bilər".SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və Media" mövzusunda keçirilən dəyirmi masada deyib.Vüqar Səlimov bildirib ki, jurnalistlərin ifadə azadlığının təmin olunması ilə təhlükəsizliyinin qorunması bir-birilə bağlı məsələlərdir: "Demokratik cəmiyyətə sahib dövlətlərdə, o cümlədən Azərbaycanda bunlar öz həllini tapıb. Azərbaycan dövləti söz və mətbuat azadlığının təmin olunması sahəsində ardıcıl siyasət həyata keçirir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının, o cümlədən də jurnalistlərin ifadə azadlığı dövlət tərəfindən təmin olunur. Dövlət orqanları tərəfindən onlara heç bir təzyiq olunmur. Cənab Prezident İlham Əliyev də çıxışlarında qeyd etdiyi kimi "KİV-in təhlükəsizliyinin təmin olunması demokratik cəmiyyətin əsas sütunlarından biridir"".

sia.az

Digər xəbərlər