"Əli Kərimli özünü Azərbaycan tarixinin tozlu səhifələrinə yazdı"
"Bu ilin sonunadək ilk məhkəmə prosesi olacaq. Məlumdur ki, qarşı tərəf kimi Ədliyyə Nazirliyini göstərmişik. Artıq bütün sənədlər hazırdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasına alternativ yaradılan AXCP-nin sədr müavini Səbuhi Aslanbəyli deyib.Sədr müavini əminliklə söyləyib ki, onlar məhkəmədən qalib çıxacaqlar və AXCP adını qazanacaqlar: "Demək olar ki bu məhkəmədən qalib olaraq çıxacağıq. Bunun üçün bir cox əsaslarımız var. Həm hüquqi müstəvidə həm də siyasi aspektən bunu hər cür sübuta yetirmək üçün faktlarımız var. Xüsusilə qarşı tərəf kimi Əli Kərimli dəstəsini verməməklə biz onların önəmsiz olduqlarını göstərdik. Əli Kərimli özü özünü Azərbaycan tarixinin tozlu səhifələrinə yazdı. Onlar artıq gizli qruplarının ifşa olunduqlarını bildikləri üçün məğlubiyyətləri ilə barışıblar. İndi ancaq Əli Kərimli dəstəsi şər, böhtan xarakterli yazılarla gündəmdə qalmaq, xarici havadarları qarşısında özlərini məzlum kimi qələmə vermək istəyirlər".Səbuhi Aslanbəyli son olaraq məhkəmə qərarından gözləntilərinin reallaşacağına şübhə etmədiklərini qeyd edib və bildirib ki, AXCP partiya olaraq artıq hədəflərini və proqramını müəyyən edib.
sia.az