Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənclər dini radikalizmə və ekstremizə "yox" deyir" mövuzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə komitə sədri , YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, millət vəkili Şahin İsmayılov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf və digərlər iştirak edib.YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açıq elan edərək, qonaqları və gənclər təşkilatlarının rəhbərlərini, eləcə də gəncləri salamlayıb və mövzunun aktuallığından danışıb.
sia.az