PDF Oxu

Siyasət

  • 16

YAP-dan dinləmələrə REAKSİYA GƏLDİ

YAP-dan dinləmələrə REAKSİYA GƏLDİ

Aydın Mirzəzadə: "ABŞ Azərbaycanla olan müttəfiqlik münasibətlərinə yenidən aydınlıq gətirməlidir"

"ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsi ABŞ-da olan erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin növbəti anti-Azərbaycan addımıdır. Xədicə İsmayıl məsələsi olmasaydı da başqa bir variantla mütləq Azərbaycana qarşı total hücuma keçiləcəydi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib."1992-ci ildə Azərbaycan yeni müstəqillik qazananda ABŞ Konqresində məşhur 907-ci düzəliş qəbul edilmişdi və indi də yenidən cəhdlər var"-deyə qeyd edən millət vəkili bildirib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə nüfuz qazanması görünür ABŞ-da erməni dairələrini sakit buraxmır: "İndiki halda bu qərarın qəbul edilməsi inandırıcı deyil. Çünki Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Dünyada özünün modelini sərgiləyən, kifayət qədər nüfuzlu Azərbaycanı bu gün küncə sıxmaq, onunla yarım müstəmləkə kimi danışmaq qeyri-mümkündür. Əgər 1992-ci ildə 907-ci düzəliş Azərbaycanı diz üstə çökdürmədisə, 2015-ci ildə belə bir qərarın Azərbaycana təsiri ümumiyyətlə ola bilməz".YAP rəsmisi qeyd edib ki, təkcə ABŞ Azərbaycana lazım deyil, həmçinin Azərbaycan da ABŞ-a lazımdır: "Əgər belə qərar olarsa Azərbaycan da əks addım ata bilər. Hesab etmirəm ki, beynəlxalq aləmin aparıcı dövlətlərindən olan ABŞ bu gün regionun lider dövləti ilə münasibətləri pisləşdirmək taktikası seçsin. Bu, ABŞ-ın maraqlarında deyil. Azərbaycan ABŞ-ın ciddi müttəfiqlərindən biridir. Bunu sadəcə siyasi gediş adlandırıram. Bütün hallarda ABŞ rəsmi dairələri məsələyə münasibət bildirməli, Azərbaycanla olan müttəfiqlik münasibətlərinə yenidən aydınlıq gətirməlidir".

sia.az

Digər xəbərlər