PDF Oxu

Siyasət

  • 16

Aytən Mustafayeva: “Azərbaycanda aləmi qarışdırmaq istəyirlər” AÇIQLAMA

Aytən Mustafayeva: “Azərbaycanda aləmi qarışdırmaq istəyirlər” AÇIQLAMA

"Ümumiyyətlə son zamanlar biz görürük ki, Azərbaycana qarşı təzyiqlər çoxalıb. Əsas səbəb isə Azərbaycanı öz qərarında, siyasi, geostrateji istiqamətində daha çox Qərb, Avropa tərəfə yönəltməkdir. Mən bu addımı yalnız politikallıq adlandırardım". Bunu SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanla bağlı qərəzli fikirlərinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, bu gün Azərbaycan öz inkişaf xəttini tutub və o istiqamətdə də gedir: "Hətta ölkəmiz regionda elə bir vəziyyətdədir ki, başqaları Azərbaycandan asılı vəziyyətdədir. Azərbaycanın enerji baxımından, həm də böyük bir regionun infrastrukturunun mərkəzində olması təbii ki, ilk növbədə Avropanı qıcıqlandırır. Təəssüf ki, ABŞ da, Avropada və s. insan hüquqları kobud şəkildə pozulur və bunu görməməzlikdən gəlirlər. Sonra isə onlar başqalarına dərs oxumağa çalışırlar. Yaxşı olardı ki, onlar öz dövlətlərində insan hüquqlarını bərpa etsinlər. Çünki son zamanlar baş verən hadisələr nə ABŞ-a, nə də Avropaya başucalığı gətirmədi. Onların dedikləri insan hüquqları və hesab etdikləri demokratiya özlərini gözdən saldı. Gərək Amerika yadın salsın ki, indiyədək Qvatemala həbsxanasını saxlayıb. Biz bir dövlət olaraq öz təhlükəsizliyimizi qorumaq üçün aranı qızışdıranı "siyasi məhbus" kimi qiymətləndirə bilmərik".A.Mustafayeva əlavə edib ki, Azərbaycanın öz təhlükəsizliyi var və hər dövlətin də öz təhlükəsizliyini qorumağa hüququ var: "Artıq ABŞ üçün hüquq yoxdur. Onlar sadəcə olaraq güc hesabına özlərini göstərirlər. Ancaq Avropa özünün bacarıqsızlığını, zəifliyini elə ifşa etdi ki, artıq heç onun hüququ yoxdur ki, kiminsə hansısa nöqsanlarını göstərsin. Azərbaycan "siyasi məhbus" yoxdur əksinə bu onların özlərində var. Onlar sadəcə olaraq xaricdən pul alırlar və Azərbaycanda aləmi qarışdırmaq istəyirlər".

sia.az

Digər xəbərlər